Məşhur cütlük  evlənir   – Nikah tarixləri  bəlli oldu 
22 noyabr 2023 19:22 (UTC +04:00)

Məşhur cütlük evlənir – Nikah tarixləri bəlli oldu 

"Qalatasaray"da çıxış edən uruqvaylı Lukas Torreyranın, nəhayət sevgilisi Devrim Özkanı evlənməyə razı saldığı iddia edilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur cütlüyün Superliqa mövsümü bitdikdən sonra evlənməyi planlaşdırdığı iddia edilib.

"Qalatasaray"da oynamağa başladığı gündən performansı ilə heyran qoyan Lukas Torreyra ötən mövsüm fanatik "Qalatasaray" tərəfdarı kimi tanınan gözəl aktrisa Devrim Özkanla münasibətə başlayıb. 

Bir müddət idi ki, ikisi arasında fikir ayrılığı yaranmışdı. Özkan Torreyranın “Aktrisalığı dayandır, səni sultan kimi yaşadım” yanaşması qarşısında şoka düşəndə geri çəkilərək münasibətini bitirib. 

Evlilik çox yaxın  

Baş verənlərdən sonra cütlük bir müddət ayrılsa da, yenidən barışıblar. Sevgilərini sosial şəbəkədə elan edən cütlük “Instagram” hesablarında bir-birlərini paylaşaraq hər şeyi açıqlayıblar.

Əvvəlcə münasibəti inkar edən Özkan daha sonra "Hər şey göründüyü kimidir" deyərək sevgisini elan edib. Gözəl aktrisaya kor-koranə aşiq olan və onunla evlənmək istəyən Torreyra, nəhayət Özkanı razı salıb.

İddialara görə, cütlük Superliqa mövsümü bitdikdən sonra evlənəcək. Cütlüyün İstanbul və Uruqvayda iki toyu olacaq.

Özkan uğurlu aktyorluğu ilə diqqət çəksə də, sosial mediada da maraqla izlənir.

Münasibətləri tam sürətlə davam edən cütlük haqqında flaş iddia ortaya atılıb.

Hamilə olduğu iddia edilsə də, Devrim Özkan, "Bu gün haqqımda yayılan xəbərlər əsassız və yalandır. Uzun müddətdir edilən üzücü və zərərli xəbərlər və sosial media paylaşımları ilə bağlı hüquqi proses başladılıb və davam edir. Sevgilər!" sözləri ilə ittihamları təkzib edib.

Münasibətləri tam sürətlə davam edən Lukas Torreyra Devrim Özkana yenidən eşq elan edib.

Lukas Torreyra sevgilisi ilə çəkdirdiyi romantik kadrları bir-birinin ardınca “Instagram” hesabında yayımlayıb.

Ulduz futbolçu paylaşımına "Sən mənim ən yaxşı yerimsən, sənin həyatımda olmağı sevirəm. Səni çox sevirəm, sevgilim" sözlərini yazıb.

Sosial şəbəkə istifadəçilərinin paylaşıma "Toyu stadionda keçirəcəyik", "Möhtəşəm görünürsən! Hər zaman xoşbəxt ol", "Dünyanın ən şanslı insanı Devrim Özkan", "Allah ayırmasın" kimi şərhlər gəlib.

Bu yaxınlarda Torreyra yeni serialının çəkilişlərinə başlayan sevgilisi Devrim Özkana gül göndərib. O, sevgilisinin bu jestinə biganə qalmayıb. Məşhur aktyor çiçəyin fotosunu “Instagram” səhifəsində paylaşıb.

"Sən heç vaxt parlamağı dayandırmırsan. Sən dünyanın ən yaxşı aktrisasısan. Mən səni sevirəm balaca meymun, sən mənim həyatımın sevgisisən".
 

# 14487
avatar

Oxşar yazılar