Kişilər niyə  ilk addım atmaqdan   qorxur? - Psixoloq AÇIQLADI
30 oktyabr 2023 19:00 (UTC +04:00)

Kişilər niyə ilk addım atmaqdan qorxur? - Psixoloq AÇIQLADI

Özlərinə qayğı göstərən, yaraşıqlı və uğurlu kişilər də münasibətdə ilk addımı atmaqdan qorxurlar. Bir insanla qarşılaşanda dil tapmırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun niyə baş verdiyini psixoloq Vladimir Vasilyev izah edib.

“Emosiyalarımız bizə rifahımız üçün vacib bir şeyin baş verdiyini söyləyir. Yeni insanlarla tanış olmaqdan qorxmaq normaldır. Qorxu çox vaxt hansısa vacib istəklə, hansısa ehtiyacla yanaşı gedir. Bəlkə bu, ünsiyyət və yaxınlıq, bəlkə cinsi azadlığa, bəlkə də tanınma ehtiyacıdır."

Psixoloq tanışlıq mərhələsini lazımsız gözləntilərlə yükləməmək üçün kişilərə öz ehtiyaclarını alternativ yollarla necə təmin etmək barədə düşünməyi tövsiyə edir.

# 4614
avatar

Fidan İlqar

Oxşar yazılar