Melaniya Tramp və Donald Tramp
01 noyabr 2021 19:56 (UTC +04:00)

Melaniya Tramp və Donald Tramp

Keçmiş birinci ledi aylar sonra xalqın qarşısında

2021-ci il yanvarın 20-də vəzifəsini tərk edən keçmiş ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ötən ilin iyulundan bəri görünmürdü.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, aprel ayından bəri həyat yoldaşı ilə heç vaxt birlikdə görünmədiyi üçün cütlüyün boşanacağı iddiası belə gündəmə gəlmişdi.

Ancaq Melaniya Tramp aylar sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb və ötən şənbə günü axşam Donald Trampla Beysbol Dünya Seriyasının 4-cü oyununa baxaraq şayiələri təkzib edib.

Tramp cütlüyü “Hyuston Astros” və “Atlanta Braves” beysbol komandaları arasında keçirilən oyunu izləyərkən "Tomahawk chop" mərasimində iştirak edib və yerli amerikalılar bunu irqçi hesab etdikləri üçün reaksiya veriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4692
avatar

Oxşar yazılar