Bred Pitdən Ancelina Coliyə İTTİHAM:  rusiyalı oliqarxla əlbirdir
07 iyun 2022 14:14 (UTC +04:00)

Bred Pitdən Ancelina Coliyə İTTİHAM: rusiyalı oliqarxla əlbirdir

Dünya şöhrətli aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edir. 

Lent.az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Məlumata görə, Bred Pitt 47 yaşlı aktrisanın ondan qisas almaq üçün bunu etdiyini bildirib. 

2021-ci ildə Bred Pitt cütlüyün ortaq “Miraval” şərab zavodunda öz hissəsini satıb və bunu Ancelinadan gizlədib. Bundan xəbər tutan aktrisa isə əsəbiləşib, Pitti məhkəməyə vermişdi. 

Maraqlısı odur ki, şərab zavodunun satılan səhmlərini rusiyalı oliqarx və alkoqol maqnatı Yuri Şefler almışdı. 

Məhkəmə zamanı aktyor Şeflerin bunu əvvəldən fikirləşdiyini və şərab biznesindəki bütün səhmlərə sahib olmağı planlaşdırdığını qeyd edib. 

Bred Pitt keçmiş həyat yoldaşının da bu işdə olduğunu deyib: 

“Coli bunu bilirdi və Şeflərlə birləşib mənim səhmlərimi əlimdən alınmasını istəyirdi. Şübhəsiz ki, buna səbəb Ancelinanın məndən intiqam almaq istəməsidir”. 

Qeyd edək ki, məhkəmə bu hadisələrdən əvvəl cütlüyün 5 azyaşlı övladına bərabər himayədarlıq verilməsi ilə bağlı qərar çıxarmışdı. 

# 3126
avatar

Sevinc Fərid

Oxşar yazılar