Bəy gəlinin  cehizinə görə   toyu ləğv etdi
24 mart 2024 11:05 (UTC +04:00)

Bəy gəlinin cehizinə görə toyu ləğv etdi

Hindistanın Madhya-Pradeş ştatında bəy ona motosiklet və qızıl zəncir hədiyyə almadığı üçün toyunu ləğv edib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə,bəy və gəlinin ailələri şadlıq sarayına toplaşan zaman mübahisə düşüb. Bəyin qohumları dərhal gəlinin qohumlarından vəd edilmiş cehizi tələb ediblər: motosiklet və bəyin xəyal etdiyi qızıl zəncir. Cavab veriblər ki, ala bilməyəcəklər.

Sözlü mübahisə başlayıb və az qala davaya çevrilsin. Bəy gəlinin atasının yaxasından tuta bilsə də, sonda toyun ləğv olunduğunu elan etməklə kifayətlənib. Bundan sonra o, qohumları ilə şadlıq sarayını tərk edib.

# 4641
avatar

Oxşar yazılar