Bal ayında getdikləri yerə görə ərindən boşanır
30 yanvar 2024 11:51 (UTC +04:00)

Bal ayında getdikləri yerə görə ərindən boşanır

Hindistandan olan qadın bal ayı üçün seçdiyi yerdən narazı qalıb və ərindən boşanmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, adının açıqlanmasını istəməyən hindistanlı qadın toydan cəmi səkkiz ay sonra boşanmaq üçün ərizə verib. Çünki əri onu ailəsi ilə birlikdə Qoa yerinə hinduların ziyarət mərkəzləri sayılan Ayodhya və Varanasi şəhərlərinə aparıb.

Qadının sözlərinə görə, o, əri ilə proqramçı işləyir və maddi sıxıntı yaşamır. Toydan əvvəl bal ayı ərzində xaricə səyahət edəcəkləri barədə razılığa gəliblər. Kişi daha sonra bildirib ki, ailəsinin qayğısına qalmaq lazımdır, ona görə də xaricə səyahət etmək yanlış seçimdir. Sonra gəlin Qoaya və ya ölkənin cənubundakı başqa bir kurorta getməyə razı olub. Lakin yola düşməzdən bir gün əvvəl ər qadına bildirib ki, anası ora getmək istədiyi üçün Ayodhyaya bilet bron edib.

Hindistanlı qadın səfər boyu bu vəziyyəti qəbul edib. Ancaq səfərdən qayıdan yeni cütlük arasında böyük münaqişə yaşanıb. Qadın bal ayı aldatmacasına əlavə olaraq ərini ondan çox valideynlərinin qayğısına qalmaqda ittiham etməyə başlayıb. Kişi onun iddialarını ciddi qəbul etməyib. Bundan sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib.

# 3492
avatar

Oxşar yazılar