Ana oğlu ilə gəlininin intim anını çəkib qonşulara göstərdi
02 noyabr 2023 16:42 (UTC +04:00)

Ana oğlu ilə gəlininin intim anını çəkib qonşulara göstərdi

Tayvanlı jurnalist Xu Şenqmey bu yaxınlarda iştirak etdiyi əyləncə proqramında şahidi olduğu ailə faciəsindən danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalistin sözlərinə görə, gəlin toydan sonra ərinin ailəsi ilə yaşayırmış. Əvvəlcə yeni evlənənlərin heç bir problemi olmayıb. Lakin bəzi qonşularla söhbətdən sonra acı həqiqəti öyrəniblər.

Söhbət əsnasında qonşulardan birinin yeni cütlüyün necə birlikdə olduqlarını təfərrüatı ilə izah etməsi ilə şok faktlar üzə çıxıb.

Yeni gəlin əvvəlcə danışmasa da, qonşusunun bu intim detalları necə bildiyini soruşmağa başlayıb.

Daha sonra o, yataq otağında kamera saxladığı iddiası ilə qaynanası ilə üz-üzə gəlib. İddiaya görə, qayınanası bu cihazı quraşdıraraq onların gündəlik həyatlarını və özəl anlarını izləyirmiş.

Lakin ana casusluq etmək niyyətində olmadığını iddia edərək, “Sən yeni uşaq dünyaya gətirdin və qorxdum ki, ona necə baxacağını bilməyəcəksən” desə də, inandırıcı olmayıb.

Cütlüyün daha sonra o evi tərk edərək öz evlərinə getdikləri və “nə olursa olsun analarını heç vaxt bağışlamayacaqlarını” bildirərək yeni həyata başladığı bildirilir.

# 17223
avatar

Oxşar yazılar