Fəhləlikdən general-qubernatorluğa, nazirliyə, sürgünə, güllələnməyə gedən yol - ARAŞDIRMA
Etiraf edim ki, məlum layihə çərçivəsində azad seçim olduğundan sonuncu hər iki Cümhuriyyət qurucusundan yazmağı Lent.az-ın rəhbərliyindən özüm xahiş etmişdim. Qarabağın general-qubernatoru kimi Xosrov bəy Sultanovun burada qayda-qanun yaratmasından, Əsgəranı, Şuşanı erməni quldurlarından təmizləməsindən necə doya-doya yazmayasan axı. Ümumiyyətlə, vur-tut 23 ay mövcud olmuş birinci Cümhuriyyət dövründə qısa müddətə görülən işləri xatırlayanda, baxırsan ki, o kişilərin min zülmlə bizə əmanət elədiklərini belə düz-əməlli qoruya bilmədik…
İndi barəsində oxuyacağınız şəxs də general-qubernator idi. Onun da qubernator olduğu bölgədə üsyan baş qaldırmışdı, Azərbaycan insanları müxtəlif xarici qüvvələrin silahlı birliklərinin özbaşnalıqlarından əziyyət çəkirdilər, iş artıq qanunsuz “respublika” yaratmağa qədər gedib çıxmışdı. O da eynən Xosrov bəy Sultanov kimi rahat, hər şeyi yerində olan bölgəyə yox, Cümhuriyyət rəhbərliyi tərəfindən Azərbaycanın müstəqilliyini istəməyən müxtəlif siyasi və hərbi qüvvələrin meydan suladıqları vətən torpağının bir guşəsinə qayda-qanun yaratmağa göndərilmişdi. Və o da əsl qurucu kimi bu şərəfli işin öhdəsindən layiqlə gələcəkdi, Azərbaycanın cənub hissəsində rus-erməni və bolşevik dəstələrinin burnunu ovub burada Cümhuriyyət qanunlarını və hakimiyyətini bərqərar eləyəcəkdi. Bu adam Cavad bəy Rza bəy oğlu Məlikyeqanov idi…
Dosye:
Cavad bəy Rza bəy oğlu Məlikyeqanov 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olub. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində alıb, sonra texniki məktəbi bitirib. Rus, fars, alman, gürcü, erməni dillərini bilib. 1903-cü ildən Bakının neft mədənlərində işləyib, inqilabi hərəkatda iştirak edib, “Hümmət” təşkilatının üzvü olub. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilib. 1914-cü ildə yenidən Bakıya qayıdıb, neft mədənlərində işləyib. 1917-ci ildə Müsavat Partiyasının üzvü olub və partiyanın birinci qurultayında fəal iştirak edib. Partiyada fəhlə münaqişələri üzrə iş aparıb. Məlikyeqanov Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvü olub, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olub, Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atıb. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi idi. Cavad bəy 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparıb. Aprel inqilabından sonra düz 6 dəfə həbs edilsə də, əleyhinə sübut tapılmadığından azad edilib. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışıb. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləyib, N.Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq edib. Gizli Müsavat Partiyasının üzvü olmaq ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilib, 1942-ci ildə sürgündə vəfat edib. 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilib.
Yeqanov soyadının mənası
Bu gün bir sıra internet forumlarında və saytlarda Cavad bəyin başqa millətin nümayəndəsi olmasıyla bağlı müxtəlif fikirlər yazılır. Bunu da əsasən onun soyadındakı “Yeqanov” sonluğu ilə əlaqələndirirlər.
Ancaq “Yeqanov” soyadının analizi göstərir ki, soyadın “Yeqa” hissəsi sırf türkdilli xalqlara aid bir sözdür. Bu söz Uralda köpək və yaxud keçi dərisindən kürkə deyilir. Altayda da eyni mənanı daşıyan “yeqa” sözündən, belə güman olunur ki, “Yeqanov” soyadı əmələ gəlib və yəqin ki, kürk geyən insanın ləqəbindən yaranıb. Rusların adların ensiklopedik lüğətində də maraqlı bir məqam var. Rus müəlliflər özləri də etiraf edirlər ki, bu soyadın 50 faizi rus mənşəli olsa da, 35-40 faizi tatar, başqırd və buryat xalqlarının dilində var. Qalan faizlər isə çox kiçik olmaq şərtilə ukraynalılara, belaruslara və bolqarlara aiddir. “Yeqanov” soyadının fotosemantik analizinə gəldikdə isə onun 9 fotosemantik əlaməti daha çox nəzərə çarpır. Bunlar kişilik, cürətlilik, böyüklük, möhtəşəmlik, yaxşılıq, sadəlik, gözəllik, güclülük, nəhənglikdir. Göründüyü kimi, Cavad bəyin soykökü ilə bağlı heç bir şübhə ola bilməz. Bundan əlavə, Kareliya Respublikasının anım kitabına adı düşmüş Məlik-Yeqanov haqqında məlumatı olduğu kimi təqdim edirəm:
Мелик-Еганов Джавад Ирзабек
Родился в 1878 г., Нагорный Карабах, с. Тох; тюрок; б/п; З/к. Проживал: Карельская АССР, Медвежьегорский р-н, ББК.
Арестован 7 февраля 1930 г.
Приговорен: тройка при НКВД КАССР 20 ноября 1937 г., обв.: по ст. 58-11.
Приговор: расстрелян Расстрелян 9 декабря 1937 г. Место захоронения - ст.Медвежья Гора (Сандармох). Реабилитирован 7 февраля 1959 г. ПВ Суда КАССР
Fəhlə sinfinin yanında olan Cavad bəy
Cavad bəy Cümhuriyyətin ictimai-siyasi xadimləri arasında, artıq qeyd etdiyimiz kimi, fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: “Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar”.
Cavad bəy həm də üzvü olduğu Müsavat Partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında bir ölməz dramaturqumuz Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkir. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasətini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, “göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər”.
Həqiqətən Məlikyeqanov heç bir siyasi məqsəd güdmədən, firqəçiliyə yol vermədən həmişə haqqın və ədalətin yanında olub. Onun Lənkərana general-qubernator təyin edilməsində xarakterinin məhz bu xüsusiyyətləri rol oynamışdır. Cümhuriyyət rəhbərliyi bilirdi ki, Cavad bəy heç vaxt haqqı nahaqqın ayağına verməz və Lənkəran quberniyasında asayişin təmin olunması üçün canını belə fəda edər. Bəs, görəsən, 1919-cu ilin may ayında Lənkəranda nələr baş vermişdi?
Yalançı qurum və qərəzli yanaşma
Orda baş verənləri anlamaq bu gün elə də çətin deyil. Ən azından çox da uzaq olmayan 1993-cü il yadınızdadır. Ələkrəm Hümbətovun başabəla “respublika yaratmaq” xülyasını deyirəm. Axtarışlar vaxtı “Talış-Muğan Respublikası” adlandırılan o yalançı qurumun ideoloqlarından biri olan Fəxrəddin Abbasovun nə zamansa yazdığı məqalə ilə rastlaşdım. Yoldaş Abbasov 1919-cu ildə tamamilə yad qüvvələrin təsirilə mayın 15-də guya elan olunmuş, bir ay keçməmiş isə dağılan “Muğan Sovet Respublikası” haqqında görün bir nə yazır: “Muğan Sovet Respublikasının yaradılmasının ən böyük tarixi əhəmiyyəti ondadır ki, talış xalqı özünün dövlət yaratmaq qabiliyyətini ortaya qoydu”.
Mənim yoldaş Abbasovun tarixi savadına şübhəm olmasa da, ancaq qərəzsizliyinə yüz faiz şübhəm var. Bu gün heç kimə sirr deyil ki, gənc Azərbaycan Cümhuriyyəti bütün bölgələrdə nəzarəti bərpa eləyənə qədər həm Qarabağda, həm də Lənkəran uyezdində özbaşınalıqlar olmuşdu. Qarabağdakı məsələlərin kökü aydındır. Lənkəran uyezdində isə Kolçakın, Denikinin və bolşeviklərin hərbi qüvvələri buranı qan çanağına döndərmişdilər. Azərbaycan Respublikası Hərbiyyə Nazirliyinin Baş Qərargahının operativ kəşfiyyat idarəsinin məlumatından oxuyuruq: “Lənkəranda bolşeviklərin 1200-dən 1500-dək silahlı adamı var. Bunlar əsasən 1-ci dünya müharibəsində iştirak eləmiş ruslar və ermənilərdir. 2-ci qüvvə denikinçilərdir”.
Mətləbi çox uzatmadan qeyd eləyək ki, bu qüvvələr Azərbaycanın ayrılmaz parçası olan Lənkəran uyezdində meydan sulayırdılar və hərəsi də bir “respublika” yaratdığını elan eləmişdilər. Bundan əziyyət çəkənlər isə təbii ki, yerli əhali idi. O ki qaldı yoldaş Abbasovun “Muğan Sovet Respublikası”nın talışlara aid olmasını iddia eləməsinə, bax bu, həddindən artıq gülünc və biabırçı iddiadır. Axı, tarix deyilən bir şey var. Baxın görün Cümhuriyyət ordusunun Lənkəran quberniyasında qayda-qanun yaratmasına qədər bu bölgədə kimlər ağalıq eləyib: İllarion Talixadze, Timofey Ulyantsev, Nikolay Tutuşkin – bu adamlar Muğan Muxtar ərazisinin rəhbərləri olublar. Sonra isə başabəla tarixçinin bəh-bəhlə tərifini göylərə qaldırdığı “Muğan Sovet Respublikası” “yaranıb”. İndi isə gəlin Abbasovun təbirincə desək, “talış xalqına xoşbəxtlik gətirməli olan bu qurumun rəhbərlərini sadalayaq: David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və digər bu sifətli adamlar. Abbasov görəsən onların hansını talış hesab edir? Ayrı-ayrı qüvvələri təmsil eləyən bu əbləhlər görəsən, Azərbaycana və Lənkəran quberniyasına, Abbasovun fikrincə, hansı xoşbəxtliyi gətirəcəkmişlər? Nə isə, Lənkəranda vəziyyət belə idi...
Gənc Azərbaycan Cümhuriyyəti təbii ki bu durumla barışa bilməzdi və təcili tədbirlər görülməliydi. Hərb Naziri Səməd bəy Mehmandarovun Lənkəran uyezdinin əhalisinə ünvanlanmış çağırışından oxuyuruq: “Vətəndaşlar, Azərbaycan Respublikası Hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orda qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan ordusu heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq...
...Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə həmçinin dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam”.
Beləliklə, general Səlimovun komandiri olduğu dəstə Lənkəran general-qubernatoru Cavad bəy Məlikyeqanovun rəhbərliyi ilə çoxdan bəri nizamsızlıqdan cana doymuş bölgəyə daxil olur və qısa müddətə həm bolşevikləri, həm də denikinçiləri buradan qovub çıxarır. 1918-20-ci illərdə Azərbaycan Milli Ordusunun görkəmli hərbçilərindən olan İsrafil bəy İsrafilbəyovun Bakı Dövlət Universitetinin dosenti Altay Göyüşovun Fransada tapdığı xatirələrindən oxuyuruq: “General Səlimovun komandanlığı ilə Prişibdən Lənkərana qədər təntənəylə keçid eləyən Azərbaycan ordusu yerli əhali tərəfindən “Yaşasın!” sədaları ilə qarşılanırdı”.
Beləliklə, Cavad bəyin general-qubernatorluğu ilə Azərbaycanın bu qədim yurd yerində də dinclik və əmin-amanlıq bərqərar olur.
“Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm”
Bu böyük insan haqqında söz açıb, onun həyat yoldaşını, əri qədər məşəqqət çəkmiş Məryəm xanım Bayraməlibəyova–Məlikyeqanovanı xatırlamamaq günah olar.
Azərbaycanın ilk qadın maarifçilərindən olan Məryəm xanım 1898-ci ildə Lənkəranda anadan olub. Lənkəranda yeganə qadın pedaqoq olan Məryəm xanım savadsızlığa qarşı mübarizə aparıb, qızları, qadınları mədəni və ictimai həyatda fəal olmağa səsləyib. Onun qəhrəmanımızla tanışlığı isə 1919-cu ilə təsadüf edir. Cavad bəy Məlikyeqanov bölgəyə general-qubernator təyin olunan kimi Lənkəran uyezdində fövqəladə vəziyyət elan edir və ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayır. Belə görüşlərin birində Məryəm xanımla tanış olur, sonradan onlar ailə qururlar.
Tədqiqatçı Ağəddin Babayevin Məryəm xanım haqqında yazdığı bir məqalədən bu cəfakeş qadının xalqı və ailəsi üçün hansı əzablara qatlandığını təsəvvür eləmək çətin deyil. Əri sürgün olunduqdan sonra Məryəm xanım da həbs edilir və sürgünə göndərilir. Bütün əzablara mətanətlə dözən Bayraməlibəyova yalnız 1956-cı ildə bəraət ala bilir və gözlərindən məhrum olmuş vəziyyətdə Azərbaycana qayıdır. Məryəm xanım 1987-ci ildə vəfat edib. Məryəm xanım üçün ən qiymətli hədiyyə isə həyat yoldaşının sürgündən ona göndərdiyi məktublar olub. Cavad bəy bu məktubların birində yazırdı: “Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm...”
[email protected]

5800