“Qalatasaray”dan rəsmən Fatih Terimə baş məşqçilik təklifi
20 oktyabr 2010 14:22 (UTC +04:00)

“Qalatasaray”dan rəsmən Fatih Terimə baş məşqçilik təklifi

Baş məşqçi Frank Raykardla yollarını ayıran Türkiyənin “Qalatasaray” klubunun baş məşqçi postunda kimi görmək istədiyi məlum olub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Qalatasaray” klubunun rəhbərliyi Fatih Terimə rəsmi təklif göndərib.


Tərəflərin razılığa gəlməsi halında bu, “Qalatasaray”da Fateh Terimin 3-cü baş məşqçiliyi olacaq. Fatih Terim 1996-2000-ci illərdə bu klubun baş məşqçisi olub, komandaya 4 ölkə çempionatını, 1 Türkiyə kubokunu, 1 UEFA kubokunu qazandırıb. “İmperator” ləqəbli Fatih Terim İtaliya macərasının ardından 2002-2004-cü illərdə “Qalatasaray”a geri dönüb. Ancaq həmin illər klub həm ölkə çempionatında, həm də Avropa kuboklarında uğursuz nəticə göstərib. Bundan sonra o, baş məşqçi postundan istefa verib.
# 643

Oxşar yazılar