Bazar xəbərləri: alma da sizin, nar da sizin - SİYAHI
04 oktyabr 2010 10:14 (UTC +04:00)

Bazar xəbərləri: alma da sizin, nar da sizin - SİYAHI

Lent.az-ın məlumatına görə, indi bazarlarda daha çox mövsümi məhsullar “bərk gedir”. Meyvə almaq istəyənlər daha çox alma və nara üstünlük verə bilərlər. Çünki bu meyvələrin qiyməti nisbətən uyğundur. Belə ki, bazarlarda Quba almasının bir kiloqramının qiyməti 50 qəpikdən, narınkı isə 1 manatdan başlayır. Mürəbbə bişirmək istəyənlər isə gecikiblər. İndi bazarlarda əncir tapmaq mümkün deyil. Zoğal da qıtlaşıb, amma tapmaq olar – kilosu 2 manatdan başlayır. Bir müddət əvvəl bollaşan üzüm də azalıb. Qiyməti isə 2 manat ətrafındadır.

Bir neçə gün əvvəl yağan yağışlar səbəbindən qıtlaşan pomidor və göyərtinin qiyməti isə stabilləşib. Bazarlarda daha çox rast gəlinən payızlıq pomidorun 1 kilosu 1 manat 50 qəpiyədi. Göyərtinin nisbətən “canlı” dəstəsi isə 25-30 qəpiyə təklif olunur.

Yumurtanın qiyməti də dəyişməyib. Kənd yumurtası 20 qəpiyə, broyler yumurtası isə 12-15 qəpiyə satılır.

Müşahidə apardığımız 3-cü mikrorayon bazarında mal ətinin kiloqramı ötən həftə olduğu kimi 5 manat 40 qəpiyə satılırdı. Qoyun ətində isə çeşid müxtəlifliyi var - dişi qoyun, erkək qoyun və yaşlı qoyun. Qiymətlər isə 6-7 manat arasındadır.

Əsas tələbat məhsulları hesab olunan kartof və soğanın qiymətində elə bir dəyişiklik yoxdur. Amma satıcılar yerli kartof və soğanın getdikcə qıtlaşdığını və tezliklə xarici məhsulların bazarda hökmranlıq edəcəyini də bildirirdilər

Ən son bazar qiymətləri:

Kartof (yerli) - 70-80 qəp
Soğan - 50-80 qəp
Pomidor - 1,5-3 man

Alma (yerli) - 0,5 – 1,5 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Üzüm (yerli) - 1,5 – 3 man
Zoğal - 2 -3 man
Qoz - 3-4 man
Qoz ləpəsi - 7-8 man
Fındıq - 2 man
Fındıq ləpəsi - 4-5 man
Şabalıd - 7-8 man

Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6-7 man
Ət (mal) - 5 man 40 qəp
Kənd yumurtası - 20 qəp
Broyler yumurtası - 12-15 qəp

Nizam Rza
# 959

Oxşar yazılar