ABŞ təyyarəsi Dubayda yola düşdü: 2 pilot ölüb
04 sentyabr 2010 10:21 (UTC +04:00)

ABŞ təyyarəsi Dubayda yola düşdü: 2 pilot ölüb

ABŞ-ın “UPS” şirkətinə məxsus yük təyyarəsi Dubayda qəzaya uğrayıb. Lent.az-ın “Al-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, “Boeing-747” tipli yük təyyarəsi aeroportdan 20 kilometr uzaqlıqda avtomagistral yola düşüb.

Təyyarənin 2 pilotu həlak olub, yoldakı bir neçə avtomobil yanıb. “Al-Arabiya” telekanalı yerli sakinlər arasında ölənlərin olmadığını bildirir.

İlkin məlumatlara görə, təyyarən göyərtəsində baş verən yanğın nəticəsində yerə düşüb.
# 741

Oxşar yazılar