“Range Rover”lə “VAZ” toqquşdu: 1 ölü
03 sentyabr 2010 15:18 (UTC +04:00)

“Range Rover”lə “VAZ” toqquşdu: 1 ölü

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda “Range Rover” və “VAZ” markalı 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü İbadov Ramin Dadaş oğlu həlak olaraq, deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə R.İbadovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov
# 604

Oxşar yazılar