Ermənistanın kənd təsərrüfatında böhran yaranıb
02 sentyabr 2010 18:58 (UTC +04:00)

Ermənistanın kənd təsərrüfatında böhran yaranıb

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, kənd təsərrüfatı məhsullarının ümumi istehsalı proqnozlaşdırılandan 22,6 faiz az olub.

Ən çox geriləmə bitkiçilikdə qeydə alınıb. Qeyri-məqbul iqlim şəraiti səbəbindən bitkiçilikdə geriləmə 41,2 faizə çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi istehsalında 0,1 faiz, bitkiçilikdə 0,7 faiz geriləmə olub.
Təbiətin şıltaqlığından asılı olmayan heyvandarlıqda da geriləmə var. Keçən ilin analoji dövrü ilə müqayisədə heyvandarlıq məhsulları 4,7 faiz azalıb.
# 533

Oxşar yazılar