Minsk Qırğızıstanın Bakiyev tələbini yenə rədd etdi
27 avqust 2010 17:46 (UTC +04:00)

Minsk Qırğızıstanın Bakiyev tələbini yenə rədd etdi

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın baş prokuroru Baytemir İbrayev prezident Roza Otunbayevanın iştirakı ilə keçirilən iclasda məlumat verib.

Baş prokuror deyib ki, iyunda Qırğızıstanda keçirilən və müvəqqəti hökuməti legitimləşdirən referendumdan sonra Minskə dövlət əleyhinə ağır cinayətlərdə günahlandırılan Kurmanbəy Bakiyevin təhvil verilməsi ilə bağlı ikinci dəfə müraciət ünvanlanıb və birinci dəfə olduğu kimi rədd cavabı alınıb. Baytemir İbrayev növbəti dəfə belaruslu həmkarlarına Kurmanbəy Bakiyevin ekstradisiyası ilə bağlı müraciət edəcəklərini, eyni zamanda sabiq prezidentin ölkəyə gətirilməsi üçün başqa yollar barədə düşünəcəklərini də söyləyib.
# 587

Oxşar yazılar