Azərbaycanda Analar Günü təsis olunması təklif edildi
01 fevral 2010 14:15 (UTC +04:00)

Azərbaycanda Analar Günü təsis olunması təklif edildi

Lent.az-ın məlumatına görə, E.Axundova 8 mart – Beynəlxalq Qadınlar Gününün qeyd olunmasının o qədər də əhəmiyyət kəsb etmədiyini deyib.

O təklif edib ki, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olduğu gün Azərbaycanda Analar Günü kimi qeyd olunsun: “Həmin gün qeyri-iş günü elan edilsin. 8 mart günü isə təqvimdə qeyd oluna da bilər, olunmaya da bilər”.

Qeyd edək ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də anadan olub. 1985-ci il aprelin 15-də vəfat edib.

Pərvin ABBASOV
# 1332

Oxşar yazılar