Buşun yaxın silahdaşı “mavi” çıxdı
26 avqust 2010 10:37 (UTC +04:00)

Buşun yaxın silahdaşı “mavi” çıxdı

Lent.az-ın məlumatına görə, o, “The Atlantic” nəşrinə müsahibəsində homoseksual olduğunu bildirib.

Melman deyib ki, o, ancaq bir müddət öncə homoseksual olduğu nəticəsinə gəlib. O, cinsi azlıqların hüquqlarını müdafiə etmək istədiyindən, öz orientasiyası barədə açıqlama vermək qərarına gəlib: “Mənə həyatımın bu hissəsini qaydaya salmaq üçün 43 il vaxt lazım olub. Hər kəsin öz yolu var. Son bir neçə ay ərzində qohumlarıma, dostlarıma, keçmiş və hazırkı həmkarlarıma öz orientasiyam barədə məlumat verdim. Onlar məni dəstəklədilər. Bundan sonra mən özümü daha xoşbəxt hiss edirəm. Mən bunu çox əvvəllər etməliydim”.

Maraqlıdır ki, hazırda azlıqların hüquqlarını müdafiə etməyə hazırlaşan Melman Respublikaçılar Partiyasına rəhbərlik etdiyi zaman “mavilərin” hüquqlarını pozan qanunlar qəbul etdirməyə çalışırmış.
# 635

Oxşar yazılar