Telman İsmayılov “Milyonçular sərgisi”nə sponsorluq edəcək
11 yanvar 2010 16:00 (UTC +04:00)

Telman İsmayılov “Milyonçular sərgisi”nə sponsorluq edəcək

Lüks məhsulların nümayiş olunduğu "Millionaire Fair İstanbul 2010" (“İstanbul milyonçular sərgisi”) 4-7 mart tarixlərində keçiriləcək.


Lent.az-ın “haberx.com” saytına istinadən verdiyi məlumata görə, “Milyonçular sərgisi”nə bu il Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” oteli sponsorluq edəcək.


3 gün davam edəcək sərgidə müxtəlif modalar, milyard dollarlıq tikinti layihələri, saat və zinət əşyaları, dövriyyəsi 220 milyard dollar həcmində olan lüks məhsullar bazarının nümunəvi markaları nümayiş olunacaq. Sərgidə bir muzeydə qorunan antik əsərlərin də nümayişi nəzərdə tutulur.


“Milyonçular sərgisi”nə İngiltərə, İspaniya, İsveçrə, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qatar, Yunanıstan, Bolqarıstan, Suriya, Rusiya, Makedoniya, Ukrayna kimi ölkələrdən çoxlu sayda ziyarətçi qatılacaq.
# 1454

Oxşar yazılar