Oğurluq etdikləri evi yandıran "dostlar" tutuldu - FOTO
10 iyul 2020 10:26 (UTC +04:00)

Oğurluq etdikləri evi yandıran "dostlar" tutuldu - FOTO

DİN-in “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən  oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən  istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol  kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

# 1984
avatar

Mehman Nəbiyev

Oxşar yazılar