[b]Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərildi[/b]
20 may 2019 18:40 (UTC +04:00)

[b]Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərildi[/b]

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
ONA-nın xəbərinə görə, cinayət işi materialları araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.
 
Qeyd edək ki, iş üzrə M. Dibirovdan başqa 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar təhsil şöbəsinə məxsus əmlakı mənimsəməkdə təqsirləndirilirlər.
# 1699
avatar

Oxşar yazılar