Azərbaycanda "Land Rover" alışdı: 5 nəfər təxliyə edilib
19 may 2019 10:45 (UTC +04:00)

Azərbaycanda "Land Rover" alışdı: 5 nəfər təxliyə edilib

 
Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
 
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
# 1186
avatar

Oxşar yazılar