<b>AFFA Mahiri milli komandaya Emreli kimi <span style="color:red;">ÇAĞIRDI  - <span style="color:red;">FOTO </b>
17 may 2019 12:35 (UTC +04:00)

AFFA Mahiri milli komandaya Emreli kimi ÇAĞIRDI - FOTO

“Qarabağ” futbol klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Mədətovun (Emreli) soyadını dəyişdirməsi öz təsdiqini tapıb.
 
Lent.az-ın məlumatına görə, AFFA-ın rəsmi saytında Azərbaycan millisinin keçiriləcəyi oyunlarla bağlı heyəti açıqlanıb.
 
Heyətdə “Qarabağ”ın futbolçusu Mahirin soyadı Mədətov kimi deyil,  Emreli kimi  qeyd olunub.
 
Qeyd edək ki, Mahir atası Anar Mədətovun anasından boşanaraq başqa qadınla ailə qurmasına görə öz soyadından və ata adından imtina etdiyini bildirmişdi.
 
# 2005
avatar

Səlcuq Elçin

Oxşar yazılar