[b]“AQTA-nın adından istifadə edənlər haqqında cinayət işinin arealı genişlənir” - Sədr[/b]
15 may 2019 11:25 (UTC +04:00)

[b]“AQTA-nın adından istifadə edənlər haqqında cinayət işinin arealı genişlənir” - Sədr[/b]

"Təəssüflə qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər".
 
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
 
O bildirib ki, artıq Respublika Prokurorluğu tərəfindən onlara qarşı cinayət işi açılıb, bir neçə nəfər həbs olunub: "Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".
# 733
avatar

Oxşar yazılar