Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ
13 may 2019 13:11 (UTC +04:00)

Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ

Daşkəsən Rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib.
 
ONA-nın məlumatına görə, hadisə şöbənin silah otağında qeydə alınıb. Polis serjantı, 1996-cı il təvəllüdlü Şamxal Mikayılzadənin “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb və güllə onun həmkarı, polis serjantı, 1993-cü il təvəllüdlü Ceyhun Həsənovun ayağına dəyib.
 
Faktla bağlı araşdırma aparılır.
# 1275
avatar

Oxşar yazılar