Nikolas Latifi Robert Kubitsanı əvəzləyə bilər
11 may 2019 15:38 (UTC +04:00)

Nikolas Latifi Robert Kubitsanı əvəzləyə bilər

“Uilyams”ın test pilotu Nikolas Latifi elə bu mövsüm ərzində Robert Kubitsanı əvəzləyə bilər.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, komanda rəhbərliyi dəyişikliklərin tələb olunduğunu düşünür. R.Kubitsanın müqaviləsində qeyd edilib ki, hələ 2019-cu il mövsümü dövründə onu əvəzləyə bilərlər.
 
Nikolas Latifi 2019-cu ilin mövsümünün əvvəlində “Uilyams”ın test pilotu olub. O, bu mövsümdə DAMS komandasının heyətində Formula 2 seriyasında çıxış edir. Mövsümün ilk dörd yürüşündə iki dəfə qalib gəlib və bir dəfə podiuma qalxıb, yaxın təqibçisi Cek Eytkeni 19 xal qabaqlayıb.
 
Robert Kubitsa 2019-cu ildə “Uilyams”ın əsas pilotu olub. O, komanda yoldaşı Corc Rassel kimi, mövsüm start götürəndən bəri heç bir xal toplamayıb.
# 1583
avatar

Oxşar yazılar