ATU-da pulsuz əməliyyatlar keçirildi
10 may 2019 13:42 (UTC +04:00)

ATU-da pulsuz əməliyyatlar keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pulsuz oftalmoloji əməliyyatlar icra olunub.

Bu barədə Lent.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 26 tələbə üzərində cərrahi əməliyyat həyata keçirilib

Əməliyyatları ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib. Q. İsmayılov tələbələr üçün atılan bu addımın davamlı olacağını bildirib:

“Tibb Universitetində təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ad günü münasibətilə Oftalmologiya şöbəsində pulsuz ekzelmer lazer əməliyyatı icra edirik. Bu gün 26 tələbə üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Əməliyyatlar universitetin rektoru Gəray Gəraybəylinin və mənin dəstəyimlə reallaşır. Bu əməliyyatlar refraksion anomaliyalar, miopiyalar, mürəkkəb miopik astiqmatlar və qarışıq astiqmatizm xəstəliyindən əziyyət çəkən tələbələr üzərində icra olunur”.

Qeyd edək ki, bu, artıq ikinci belə təşəbbüsdür. İlk pulsuz oftalmoloji müayinə aksiyası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunub.

# 1125
avatar

Oxşar yazılar