Toyda 40 nəfər içkidən zəhərləndi: 1 nəfər öldü
04 may 2019 18:16 (UTC +04:00)

Toyda 40 nəfər içkidən zəhərləndi: 1 nəfər öldü

İranın Qərbi Azərbaycan vilayətinin Poldəşt rayonunda toy məclisində 40 nəfər spirtli içkidən zəhərlənib.
 
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu vilayətin təcili tibbi mərkəzinin fövqəladə hallar üzrə rəsmisi jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, zəhərlənənlərdən 1-i ölüb, digərləri xəstəxanaya yerləşdirilib.
 
Ötən il Qərbi Azərbaycan vilayətində spirtli içkilərdən 48 nəfər zəhərlənib.
# 2237
avatar

Oxşar yazılar