<b>Cənubi Koreyadan Şimali Koreyaya <span style="color:red;">ÇAĞIRIŞ </b>
04 may 2019 12:59 (UTC +04:00)

Cənubi Koreyadan Şimali Koreyaya ÇAĞIRIŞ

Cənubi Koreya Şimali Koreyanı hərbi gərginlik yaratmamağa çağırıb.
 
ONA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə Cənubi Koreya Şimali Koreyanı yarımadada hərbi gərginliyi artıra biləcək addımlar atmamağa çağırıb və Şimali Koreyanın qısa-mənzilli raketlərdən istifadə etməsindən narahatlıq duyduğunu ifadə edib.
 
Cənubi Koreya hökuməti Pxenyanın son addımının Koreya daxilində hərbi anlaşmaya zidd olduğunu bəyan edib.
 
"Nüvə silahları proqramı ilə bağlı danışıqların sürətləndirilməsi istiqamətində Şimali Koreyanın aktiv iştirakını gözləyirik", - deyə Cənubi Koreya prezidentinin sözçüsü əlavə edib.
# 1084
avatar

Oxşar yazılar