<b>Sosial şəbəkələrdəki problemlər nədən qaynaqlanır?</b>
02 may 2019 17:28 (UTC +04:00)

Sosial şəbəkələrdəki problemlər nədən qaynaqlanır?

Bu gün sosial şəbəkə istifadəçiləri problemlərlə üzləşiblər. Belə ki, onlar bir neçə dəiqiə öz səhifələrinə daxil ola bilməyiblər. Sosial şəbəkələrdə mütamadi olaraq baş verən problemlər nədən qaynaqlanır?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az-a açıqlamasında problemin qaynaqlana biləcəyi məqamlardan danışdı.

Onun sözlərinə görə, baş verənlər “Facebook”un özündən qaynaqlanan problem ola bilər: “Şirkətin yüzlərlə yerdə qaynaqları var. Bu, texiniki problemdən qaynaqlana bilər. Problem bir neçə ölkənin ərazisində baş verirsə, onun yerləşdiyi serverin problemi ola bilər. “Facebook”un elə serverləri var ki, bir server hansısa region üzrə ixtisaslaşıb. Onun yerləşdiyi serverin texiniki problemlərindən qaynaqlana bilər. Facebook özü günahkar ola bilər”.

O.Gündüz qeyd edib ki, internetin özünün ölkə daxilində və ya qlobal miqyasda problemi ola bilər. 

# 926
avatar

Aygün İbrahimli

Oxşar yazılar