Avropa İttifaqı fələstinlilərə 22 milyon avro humanitar yardım ayırdı
02 may 2019 10:33 (UTC +04:00)

Avropa İttifaqı fələstinlilərə 22 milyon avro humanitar yardım ayırdı

Avropa İttifaqı Qəzzada və İordan çayının Qərb sahilində yaşayan fələstinlilərə 22 milyon avro humanitar yardım ayırıb.
 
ONA-nın Avropa Komissiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ayrılan vəsait Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq tərəfdaşlar vasitəsilə fövqəladə hazırlıq və cavab tədbirləri, sağlamlıq, ərzaq təhlükəsizliyi və qorunma fəaliyyətlərinə yönəldiləcək.
 
Bu yardım fələstinlilər üçün ayrılan 2019-cu il büdcəsinə aiddir.
 
Qeyd edək ki, ötən il Avropa İttifaqı tərəfindən Fələstin və fələstinli qaçqınlara ayrılan ümumi yardımın həcmi 370 milyon avrodan çox olub.
# 620
avatar

Oxşar yazılar