ABŞ-dan Çeçenistanın baş nazirinə QADAĞA
25 aprel 2019 22:49 (UTC +04:00)

ABŞ-dan Çeçenistanın baş nazirinə QADAĞA

 
ABŞ Çeçenistan hökumətinin başçısı Müslim Xuçiyevin ölkəyə daxil olmasına qadağa qoyub.  
 
ONA “RBK”-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət departamentinin məlumatında bildirilir. 
 
Həmin məhdudiyyətlər Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya qarşı da tətbiq olunub.   
Məlumatda qeyd olunur ki, sanksiyalar “insan haqlarının ciddi pozulmasına görə” yeridilib.  
 
Bildirilir ki, söhbət qanunsuz həbslər, işgəncələr, məhkəməsiz qətllər və digər hadisələrdən gedir.  
# 857
avatar

Oxşar yazılar