[b]Aqrar sığorta haqqı belə hesablanacaq[/b]
25 aprel 2019 14:01 (UTC +04:00)

[b]Aqrar sığorta haqqı belə hesablanacaq[/b]

Aqrar sığorta haqqının hesablanması proseduru bəlli olub.
 
ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.
 
Qanun layihəsinin 7-ci maddəsində (Aqrar sığorta haqqı) qeyd edilib ki, aqrar sığorta haqqı sığorta qaydaları əsasında hesablanır və aşağıdakı hissələrdən ibarətdir:
 
1. Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə;
 
2. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə;
 
Sənəddə həmçinin göstərilib ki, aqrar sığortalı tərəfindən ödənilməli olan hissə birbaşa aqrar sığorta orqanının bank hesabına ödənilir.
# 754
avatar

Oxşar yazılar