<b>Bakıda bu ərazilərdə su olmayacaq - <span style="color:red;">XƏBƏRDARLIQ </b>
24 aprel 2019 09:46 (UTC +04:00)

Bakıda bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir. “Azərsu” ASC İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 24 aprel 2019-cu il tarixində gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

# 622
avatar

Oxşar yazılar