“Barselona” səfərdə, autsayder evdə qalib gəlib - VİDEO
24 aprel 2019 08:55 (UTC +04:00)

“Barselona” səfərdə, autsayder evdə qalib gəlib - VİDEO

 
İspaniya La Liqasında XXXIV tura start verilib.
 
ONA-nın məlumatına görə, turun ilk günündə 3 qarşılaşma keçirilib.
 
Tur autsayderlər qrupunda yer alan komandalar üçün uğurlu başlayıb. “Ueska” “Eybar” üzərində qələbə ilə sonuncu pilləni tərk edib.
“Valyadolid” isə təhlükəli zonada qərarlaşan digər komanda “Jirona”nı çətinliklə məğlub edib. Çempionluğu çoxlarında şübhə doğurmayan “Barselona” isə “Alaves”in qonağı olub. Meydan sahiblərinin müqavimətini ikinci hissədə qıran kataloniyalılar qızıl medallara doğru daha bir addım atıblar.
 
Qeyd edək ki, turun digər oyunları aprelin 24-25-də keçiriləcək.
 
İspaniya La Liqası
XXXIV tur
23 aprel
“Ueska” – “Eybar” – 2:0
Qalyeqo, 54, Avila, 57
“Valyadolid” – “Jirona” – 1:0
Errero, 67
“Alaves” – “Barselona” – 0:2
Alena, 54, Suares, 60 (pen.)
 
 

# 602
avatar

Oxşar yazılar