"Xüsusi xidmət orqanlarının rəhbərləri dəyişdiriləcək" - Şri-Lanka prezidenti
23 aprel 2019 22:26 (UTC +04:00)

"Xüsusi xidmət orqanlarının rəhbərləri dəyişdiriləcək" - Şri-Lanka prezidenti

 
Şri-Lanka prezidenti Maytripala Sirisena güc strukturlarında islahatlar aparacağını bildirib. 
 
ONA TASS-a istinadən xəbər verir ki, prezident səhlənkarlıq edən güc strukturları və xüsusi xidmət orqanları rəhbərlərini cəzalandıracağını qeyd edib.
 
Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının əməkdaşları törədiləcək terror aktlarından xəbərdar olsalar da, bu məlumatı prezidentə çatdırmayıblar.
Prezident 24 saat ərzində silahlı qüvvələr və xüsusi xidmət orqanlarının rəhbərlərini dəyişdirəcəyini bildirib. 
 
Qeyd edək ki, partlayışlardan öncə islamçı radikallar tərəfindən terakt təhlükəsi haqda məlumatı Şri-Lanka xüsusi xidmət orqanlarına Hindistan höküməti çatdırıb.
# 858
avatar

Oxşar yazılar