[b]Çingiz Qənizadə seçiciləri ilə görüşdü[/b]
23 aprel 2019 11:46 (UTC +04:00)

[b]Çingiz Qənizadə seçiciləri ilə görüşdü[/b]

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə Beyləqan rayon Əhmədli və Aşiqalilar  kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.
 
Lent.az-ın məlumatına görə, Ç.Qənizadə seşicilərinin suallarına geniş və əhatəli cavab verib. Seçiciləri qarşısında çıxış edən millət vəkili ölkəmizin daxili və xarici siyasəti haqqında danışıb. Prezident İlham Əliyevin son vaxtlar həyata keçirdiyi islahatları qeyd edən Çingiz Qənizadə xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzaladığı Fərman və sərəncamlar barəsində geniş məlumat verib.
 
Daha sonra o, seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləyib rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq  strukturları ilə əlaqə saxlayaraq həll edib. Deputat digər müraciətlərə isə baxılacağına söz verib.
# 626
avatar

Oxşar yazılar