<b>Donald Trampın Rusiya ilə əməkdaşlıq etmədiyi <span style="color:red;">SÜBUT OLUNDU </b>
18 aprel 2019 18:15 (UTC +04:00)

Donald Trampın Rusiya ilə əməkdaşlıq etmədiyi SÜBUT OLUNDU

ABŞ prezidenti Donald Trampın və ya digər amerikalıların 2016-cı il seçkiləri zamanı Rusiya rəhbərliyi ilə heç bir sövdələşməyə getmədiyi sübut olunub.
 
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın baş prokuroru Riçard Barr təsdiqləyib.
 
O, xüsusi prokuror Robert Müllerə Rusiyanın seçki prosesinə müdaxilə cəhdlərini üzə çıxardığı üçün təşəkkür edib. “Xüsusi prokurorun əsas məqsədi Tramp kampaniyasının və ya onunla bağlı olan hansısa şəxsin 2016-cı il seçkilərinə müdaxilə ilə bağlı Rusiya ilə sövdələşməyə getməsi və ya koordinasiyalı hərəkət etməsini aydınlaşdırmaq olub. Araşdırma göstərib ki, Tramp kampaniyasının üzvləri Rusiyanın seçkiyə müdaxilə səylərində bu ölkə ilə sövdələşməyə getməyiblər və koordinasiyalı hərəkət etməyiblər”,- deyə baş prokuror mətbuat konfransında deyib.
# 615
avatar

Oxşar yazılar