<b>Rüfət "Space"dəki söyüşə görə üzr istədi: <span style="color:red;">"Bu montajdır" </b>
16 aprel 2019 11:40 (UTC +04:00)

Rüfət "Space"dəki söyüşə görə üzr istədi: "Bu montajdır"

Efirdə söyüş söydüyünə görə bir çox telekanallarda qadağada olan müğənni Rüfət Axundov açıqlama verib.

 

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan ifaçı efirdə söyüş söydüyünə görə üzr istəyib:

 

"Verilişdə fonoqram oxuyurdum. Canlı orkestrlə getməmişdim. Fonoqramın üstündə söz istifadə olunursa, nə edim? Mənim nə günahım var? 20 ildən çoxdur oxuyuram, heç bir qalmaqalda adım hallanmayıb. İlk dəfədir belə hadisəyə düşürdüm. Həmin an saytların dayanmadan zəngi, özümü toparlaya bilmədim. Onda tələsik dedim ki, montajdır. Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.

 

# 835
avatar

Yalçın UĞUR

Oxşar yazılar