Albaniyada aksiyada polislə toqquşma oldu: 15 nəfər yaralanıb
14 aprel 2019 12:00 (UTC +04:00)

Albaniyada aksiyada polislə toqquşma oldu: 15 nəfər yaralanıb

 
Aprelin 13-də Albaniyanın paytaxtı Tiranada baş nazir Edi Ramanın istefası tələbi ilə aksiya keçirilib.
 
ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, aksiyaçılar parlament binası qarşısında polis koridorunu yarmaq istəyib.
 
Polisə daş atılıb, yaxınlıqdakı dayanacaqda olan avtomobillər yandırılıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz və rezin dəyənəkdən istifadə edib. Toqquşmalar nəticəsində 15 aksiyaçı, 5 polis xəsarət alıb. Jurnalistlər arasında da travma alanlar olub.
Qeyd edək ki, aksiyaçılar Edi Rama hökumətini korrupsiya və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Son aylar Albaniyada hökumət əleyhinə aksiyalar keçirilir.
# 656
avatar

Oxşar yazılar