“Şalke” səfər oyununda məğlubiyyətdən qaçıb
13 aprel 2019 00:34 (UTC +04:00)

“Şalke” səfər oyununda məğlubiyyətdən qaçıb

 
Almaniya Bundesliqasında XXIX  turun ilk oyunu keçirilib.
 
ONA-nın məlumatına görə, turun açılış matçı Nürnberqdə baş tutub.
 
Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Nürnberq” “Şalke”ni qəbul edib. Meydan sahibləri ikinci hissədə hesabı açsalar da, helzenkirhenlilər məğlubiyyətdən qaça biliblər. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. 
Qeyd edək ki, turun digər matçları aprelin 13-14-də keçiriləcək.
 
Almaniya Bundesliqası
XXVIX tur
12 aprel
“Nürnberq” – “Şalke” – 1:1
Pereyra, 78 – Nastasiç, 84
# 759
avatar

Oxşar yazılar