Polislə etirazçılar arasında qarşıdurma - Əlcəzairdə
13 aprel 2019 00:24 (UTC +04:00)

Polislə etirazçılar arasında qarşıdurma - Əlcəzairdə

 
Əlcəzair paytaxtının mərkəzində etirazçılarla polis qüvvələri arasında toqquşmalar olub.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, toqquşmalarda on minlərlə insan iştirak edib.
 
Aksiya əvvəlcə dinc şəkildə başlanılıb. Ancaq sonradan qarşıdurmaya çevrilib. Bildirilir ki, etirazçılar asayiş keşikçilərinə daş və küt alətlər atıblar. Nəticədə 27 polis işçisi xəsarət alıb. Aksiya zamanı polis avtomobili də yandırılıb.
Polislər də etirazçılara qarşı cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya iştirakçıları mərkəzi Oden meydanından kənarlaşdırılıb.
 
Aksiya zamanı, həmçinin 108 etirazçı saxlanılıb.
# 984
avatar

Oxşar yazılar