<b>Təhsil Nazirliyinin nümayəndələri <span style="color:red;">Elinanın MƏKTƏBİNDƏ </b>
12 aprel 2019 11:56 (UTC +04:00)

Təhsil Nazirliyinin nümayəndələri Elinanın MƏKTƏBİNDƏ

Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir.
 
Lent.az-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, mərasim aksiya xarakteri daşımır, sadəcə Elinanın xatirəsi yad edilir. 
 
Mərasimdə Elinanın yaxınları, qohumları və şagirdlər iştirak edirlər. Anım mərasiminin iştirakçıları məktəbin qarşısına oyuncaqlar, çiçəklər qoymaqla Elinanın ruhunu yad edirlər. Mərasimdə 70-ə yaxın insan iştirak edir.
 
Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyinin nümayəndələri hazırda məktəbdədir.
 
Qeyd edək ki, şagirdlər oyuncaqları, cicəkləri Elinanın özünü atdığı yerə düzmək istəsələr də,  məktəb rəhbərliyi buna mane olur. Elinanın sinif yoldaşlarının isə anım mərasiminə qatılmalarına əvvəlcə icazə verilməsə, hazırda onlar da mərasimdə iştirak edirlər.
# 1299
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar