[b]Avropa çempionatı: İki güləşçimiz erməniləri məğlub etdi[/b]
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
Lent.az "qol.az"a istinadən xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
65 kiloda mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra - 1/8 finalda Ermənistan təmsilçisi Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib. O bu mərhələdə rusiyalı Naçin Kularla qarşılaşacaq.
70 kq.-da yarışan Ağahüseyn Mustafayev isə təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədovu (Rusiya) 5:3, 1/4 finalda David Safaryanı (Ermənistan) məğlub edərək yarımfinala yüksəlib.
57 kq
1/8 final mərhələsi
Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya)
65 kq
Təsnifat mərhələsi
Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus) - 7:2
Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) - 1:0
1/4 final
Hacı Əliyev - Naçin Kular (Rusiya)
70 kq
Təsnifat mərhələsi
Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya) - 5:3
1/4 final
Ağahüseyn Mustafayev - Devid Safaryan (Ermənistan) - David Safaryan - 12:2
79 kq
Təsnifat mərhələsi
Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) - 6:5
1/4 final
Cəbrayıl Həsənov - Franko Mario Buettner (Almaniya)
97 kq
1/8 final mərhələsi
Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 0:3
668