<b>Rüfətin söyüşünə görə "Space" -dən çıxarılan aparıcının <span style="color:red;">AÇIQLAMASI  - "Onun günahıdır"</b>
08 aprel 2019 12:26 (UTC +04:00)

Rüfətin söyüşünə görə "Space" -dən çıxarılan aparıcının AÇIQLAMASI - "Onun günahıdır"

"Space" TV-dən qovulan “Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu məlum qalmaqalla bağlı öz mövqeyini açıqlayıb. Lent.az-a açıqlama verən aparıcının prodüseri Famil Məcidli bildirib ki, verilişdə əməkdar artist Rəşad İlyasovun və müğənni Rüfət Axundovun söydüyü söyüşə görə, A.Vaqifoğlu məsuliyyət daşımır:

 

“Anar 16 ildən çoxdur ki, aparıcılıq edir. Onun çevrəsində çox geniş sənət adamı ola bilər. Məsələn, Rüfət Axundov sənətə gələndən onu tanıyırıq. Sadəcə mikrofon açıq qalıb. Mikrofonun da açıq qalmağı nə Anarın, nə Rəşadın, nə də Rüfətin günahı deyil. Bunun məsuliyyəti bir başa texniki heyətin üzərinə düşür. Demirəm ki, bunu texniki heyət qəsdən edib. Ola bilər ki, yanlışlığa yol verilsin. Müdiriyyətimiz də texniki heyətlə bağlı ölçü götürüb. İnsan səhvdən sığortalı deyil. Rüfət də Rəşad da xalqımızın sevimli müğənniləridir. Sadəcə mikrofonun açıq qalması, işi bu vəziyyətə gətirib çıxardı”.

Xatırladaq ki, A.Vaqivoğlunun əvəzinə verilişi bu gün tanınmış aktyor Çingiz Əhmədov aparıb.

Qeyd edək ki, “Hər səhər”in ötən həftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib. 

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev isə işdən uzaqlaşdırılıb. 

# 4223
avatar

Yalçın UĞUR

Oxşar yazılar