<b> Afətlə Roza <span style="color:red;">DAVAYA ÇIXDI : “Söhbətdən qaçacaqsan” -<span style="color:red;"> VİDEO</b>
26 mart 2019 09:59 (UTC +04:00)

Afətlə Roza DAVAYA ÇIXDI: “Söhbətdən qaçacaqsan” - VİDEO

Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızının qalmaqalına müğənni Roza Zərgərli də qoşulub. Lent.az-ın məlumatına görə, R.Zərgərli xalq artistini müdafiə edərək, Afəti tənqid edib: “Həşaratlar həyata nə üçün gəldiyini bilir. Amma Afət bilmir. Bir onu bilirəm ki, Afət, sən öz evində ağsaqqalına qoyduğun hörməti bu xalq a sübut etdin. Sənətindən, yaradıcılığından nəsə deməmişəm. Çünki sən mənim üçün heç zaman önəmli olmamısan. Yalnız bir dəfə mənlə toyda olmusan. Yalandan instaqramda yekə-yekə videolar qoyub özünü reklam eləmə. Mənim sənə söz deməyim, böyük reklamdır. Mən verilişimdə sənin kimi insanları efirimə buraxmıram. Ağıllı, kübar ol. Hər zaman bir insanın oxşarı 2-ci planda qalır. Necə ki, qalmısan”.

 

Rozanın bu sözlərinə Afətin cavabı da gecikməyib. O həmkarının arxiv fotosunu paylaşaraq, bu sözləri qeyd edib: “ Bakı vaxtı ilə verilişi efirdədi. Tolik, bu o dərəcədə irəli gedib ki, sənə dərs keçmək istəyir. Mənə həşarat deyir, sənin kimi insanları verilişimə qoymuram deyir. Azərbaycanın ən reytinqli verilişi “Hər şey daxil” verilişinə çıxıram. Sənin verilişində nə itim azıb? Veriliş aparıram deyir. Yazdığı yazıda 12 qramatik səhv tutmuşam. Gəl canlı oxuyaq, bilirəm sööhbətdən qaçacaqsan. O Gəncədəki toyda necə oxudunsa, həmin məclisinin xınasını səndən alıb, mənə verdilər. Bax həmin hadisə səni yaman yandırıb”.

# 1787
avatar

Yalçın UĞUR

Oxşar yazılar