Azərvaycanın bu şəhərində bir saat işıq olmayacaq
25 mart 2019 12:25 (UTC +04:00)

Azərvaycanın bu şəhərində bir saat işıq olmayacaq

Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində bu gün fasilə yaranacaq.
 
ONA-ya “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr müxtəlif saatlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək. Fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsi tərəfindən aparılan tunel-keçid tikintisidir.
 
Bu səbəbdən ərazidən elektrik xətlərinin köçürülməsi işləri aparılır.
 
"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyir.
# 810
avatar

Oxşar yazılar