Gündə nə qədər alkoqol istifadəsi qaraciyərə toksik təsir edir?

Mütəmadi olaraq alkoqol qəbulu bir çox ciddi problemlərə səbəb olur. Amma alkoqolun ən çox zədələdiyi orqan qaraciyər hesab olunur. Qaraciyər piylənməsinin əsas səbəblərindən biri də alkoqol qəbulu sayılır. Amma alkoqolla bağlı olmayan qaraciyər yağlanmaları da var.
 
E-tibb.az bununla bağlı hepatoloq-qastroenteroloq Arzu Yusifovanın fikirlərini təqdim edir:
 
 Alkoqolun həddindən çox istifadəsi ilə qaraciyər xəstəliyi arasındakı əlaqə hətta qədim dövrdə  yunanlar tərəfindən bilinirdi.
 
Xronik alkoqol istifadə edən insanların 90-95 faizində yağlı qaraciyər formalaşır. Bu proses demək olar ki, böyük əksəriyyətdə alkoqol istifadəsinin kəsilməsi ilə geri dönə bilər. Ancaq xronik alkoqol istifadə edənlərin 10-35 faizində təkrarlanan və ya xronik hala gəlmiş qaraciyər xəstəliyi var.
 
Bu xəstəliklərin bir qismi sağala bilir, ancaq digərlərində qaraciyər fibrozu və sirrozuna keçmə müşahidə olunur.
 
Alkoqolla bağlı olan sirroz, istifadə edilən alkoqolun miqdarı və istifadə müddəti ilə əlaqədardır. Kişilərdə gündə 40, qadınlarda 20 qram alkoqol istifadəsi qaraciyərə toksik təsir edir. İstifadə edilən alkoqolun növü deyil, miqdarı və istifadə müddəti önəmlidir.
 
Alkoqola bağlı olmayan qaraciyər yağlanması qaraciyər xəstəlikləri içində önəmli yer tuturr və getdikcə artır. Xəstəlikdən qorunma və müalicədə əsas prinsip artıq kilodan azad olmaq və qaraciyərə gələn qan axınını artırmaqdır. Fiziki aktivlik lipid və qlükoza metobolizmasına təsir edərək xəstəliklə mübarizə aparır:
 
1. Həftədə ən az 5 gün böyük əzələ qruplarını əhatə edən 20-60 dəqiqəlik, orta intensivlikdə olan aerobika hərəkətləri.
 
2. Həftədə 3 dəfə orta-ağır intensivlikdə fiziki hərəkətlər.
 
3. Artıq çəkidən qurtulmaq üçün həftədə ən az 250 dəqiqəlik fiziki aktivlik hədəflənməlidir.
 
Qidalanma necə olmalıdır?
 
İşlənmiş, paketlənmiş qidalar yerinə mövsümə uyğun təzə qidalar istifadə etməli
 
Arıqlamaq üçün günlük 500-1000 kalori az qidalanmaq
 
Həftəyə 0,5 kq kilo arıqlamağı hədəfləmək
 
Günlük yağ miqdarını 30% azaltmaq
 
Günlük qidalanmasa karbohidratların miqdarı 40-45% faiz olmalı, yüksək glikemik indeksli karbohidrat istifadəsi dayandırılmalıdır
 
Yüksək fruktozalı qidalardan istifadə edilməməlidir
 
Qırmızı ət istifadəsi azaldılmalıdır.

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>