“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək
22 mart 2019 13:04 (UTC +04:00)

“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək

Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.
 
Lent.az AZƏRTAC-a istinadən  xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
 
Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
 
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.
 
Günün bütün oyunları aşağıdakılardı:
 
A qrupu
 
21:00. Bolqarıstan – Monteneqro
 
23:45. İngiltərə - Çexiya
 
B qrupu
 
23:45. Lüksemburq – Litva
 
23:45. Portuqaliya – Ukrayna
 
H qrupu
 
23:45. Albaniya – Türkiyə
 
23:45. Andorra – İslandiya
 
23:45. Moldova – Fransa
# 677
avatar

Oxşar yazılar