<b>“Dünyada ikinci belə bir axmaq soyad yoxdur” -  <span style="color:red;">Jirinovski özünü ələ saldı </b>
19 mart 2019 15:01 (UTC +04:00)

“Dünyada ikinci belə bir axmaq soyad yoxdur” - Jirinovski özünü ələ saldı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gülünc doğuran sözlərlə başlayan soyadlardan danışıb. 
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, bədən hissələrinin adı ilə başlayan bütün soyadları axmaq adlandırıb.
 
Partiya lideri hətta öz soyadını ələ salaraq deyib ki, dünyada ikinci belə bir axmaq soyad yoxdur:  “Jirinovski - "yağ" sözü ilə başlayır. Bəli, axmaq soyaddır, lakin həm də unikaldır".
 
Jirinovski digər vəzifəli şəxslərin də soyadlarından bəhs edib:   “Məsələn, götürək Novosibirsk şəhər merinin soyadını – Lokot. Dirsək sözü ilə də soyad başlayar?  Dırnaq, membran, kirpik və s. Bu adla başlayan soyadların elmi əsası yoxdur". 
# 791
avatar

Oxşar yazılar