<b>“Boeing 737 MAX”ın uçuşu <span style="color:red;">QADAĞAN EDİLDİ </b>
14 mart 2019 12:23 (UTC +04:00)

“Boeing 737 MAX”ın uçuşu QADAĞAN EDİLDİ

“Boeing 737 MAX” markalı təyyarələrin uçuşuna beynəlxalq qadağa tətbiq edilib.
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu qadağa müvəqqəti xarakter daşıyır. 
 
Bununla bağlı şirkətin açıqladığı bəyanatda xüsusi olaraq vurğulanır ki, insanların təhlükəsiz uçuş keçirməsi məqsədilə bu addım atılıb. 
 
Qeyd edək ki, sözügedən qərar ABŞ Aviasiyası üzrə Federal İdarənin, ABŞ Nəqliyyat təhlükəsizliyi üzrə Milli Şuranın və aviasiya qurumunun müzakirələrindən sonra qəbul edilib.
 
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trumpın göstərişilə ABŞ-da adıçəkilən təyyarənin uçuşları dayandırılmışdı. 
 
Martın 10-da Həbəşistanın Debre-Zayt şəhəri yaxınlığında baş vermiş məlum təyyarə qəzasından sonra istehsalçı şirkət də bu addımı dəstəklədiyini bildirmişdi.
 
# 762
avatar

Oxşar yazılar