[b]Ağsuda faciə: "KamAZ" - yük yığarkən... [/b]
14 mart 2019 10:02 (UTC +04:00)

[b]Ağsuda faciə: "KamAZ" - yük yığarkən... [/b]

Ağsu sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, Ağabəyli kənd sakini, 1990-cı il təvəllüdlü Piriyev Hikmət Rəhim oğlu "KamAZ" markalı yük avtomobilinə yük yığarkən ehtiyatsızlıq edib. Avtomobilin ağır çəkili dəmir bortu onun başına dəyib. Ağır kəllə-beyin travması alaraq çoxlu qan itirən Hikmət Piriyev hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
# 600
avatar

Oxşar yazılar